Əlləri, ayaqları daim soyuq olanlar


Digərləri 05 İyn 2019 20:50:00 293 0

Əlləri, ayaqları daim soyuq olanlar

Əlləri, ayaqları daim, hətta yayda da soyuq olan, buz bağlayan, üşüyən insanlar hansı həkimə gedəcəyəni bilmir. Çoxu hətta bu problemlə bağlı həkimə getməyin lazım olduğunu da güman etmir. 

Son.az bildirir ki, medicina.az daim əl-ayağı soyuq olanların dərdini araşdırıb.

Digər insanlar üçün əlverişli şəraitdə ayaqları, əlləri donanlarda Hipotireozdan ilk növbədə şübhələnirlər.

. Hipoterioz - hormonal problemlər. 

Məhz hormonlar bədən temperaturunu tənzimləyir. Qalxanvari vəzin funsksiyası azalanda, hormonlar lazımi qədər öz işini görə bilmir və maddələr mübadiləsi prosesi zəifləyir. 

Hipotireozun əlamətləri:

-Daim yorğunluq və iş qabiliyyətinin azalması -Depressiya -Menstrual tsiklin pozulması -Zəif nəbz -Daim üşümə hissi, əl-ayağın soyuması

Diaqnoz və müalicə 

Endokrinoloq tərəfindən təyin edilir. Hormonal preparatlarla müalicə aparılır. Xəstə daim bu həkimin nəzarətində olur.

2.Reyno xəstəliyi

Əl və ayaqların iri arteriyalarının xəstəliyidir. Bu zaman arteriyalar daralır, ora qan dövranı azalır. 

Əlamətləri:

-Barmaqların rənginin ağarması, göyərməsi -Uyuşma, qıcolma -Sanki iynə batırmış kimi hiss -Ayaqlarda barmaqların daim soyuq olması, buzlaması   Xəstəliyi damar problemləri, stress, kəskin soyuma, soyuq suda uzun müddət qalmaq yaradır.