Latviyada şagird sayının azlığı səbəbindən məktəblərlə bağlı islahatlar aparılır


Digərləri 05 İyn 2019 20:55:00 323 0

Latviyada şagird sayının azlığı səbəbindən məktəblərlə bağlı islahatlar aparılır

Latviyada şagird sayının azlığı səbəbindən 13 məktəbin bağlanması nəzərdə tutulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, islahat daha 40 məktəbin bu və ya digər formada yenidən qurulmasını, o cümlədən birləşdirilməsini nəzərdə tutur.

Bağlanması nəzərdə tutulan məktəblər əsasən kəndlərdə yerləşir. Burada əhalinin sayının kəskin şəkildə aşağı düşməsi nəticəsində şagird sayı həddindən artıq azalıb. Şəhərlərdə isə islahatlar əsasən məktəblərin birləşdirilməsi yolu ilə səmərəliliyin artırılması məqsədi daşıyır.