Hər 5 insandan birinin ölüm səbəbi...


Digərləri 05 İyn 2019 20:09:00 339 0

Hər 5 insandan birinin ölüm səbəbi...

Dünyada hər gün 5 insandan biri zərərli qida səbəbindən səhhətindən yaranmış problem səbəbindən ölür.  Bunu çox böyük elmi tədqiqatların nəticəsi sübut edib. Layihəni milyarder Bill Qeyts maliyyələşdirib.

Son.az medicina.az-a istinadən bildirir ki, Böyük Britaniyada alimlər yaxşı, keyfiyyətli, təbii qida məhsullarında qənaət edib, hər nə oldu yeyənlərdə ömür müddəti qısalır.

The Lancet tibbi jurnalında dərc olunan materialda qeyd olunur ki, 2017-ci ildə 11 milyon insan qeyri-sağlam qidalanmanın fəsadları nəticəsində ölüb. Onlardan 10 milyonunun ürək-damar xəstəliyi olub. 1 milyon insan isə xərçəng, 399.000 nəfər isə ikinci tip diabetin nəticəsində həyatını itirib. 

"Bu rəqəmlər dəhşətlidir. Dünya üçün bu həyəcan siqnalı olmalıdır" - deyə professor Françesko Branka bildirib. Tədqiqatda alimlər 1990-2017-ci illəri əhatə edən Yer üzündə müxtəlif ölkələrin əhalisinin qida vərdişlərini izləyib. 

15 kateqoriya üzrə araşdırmada süd, ət, sənaye cəhətdən işlənmiş məhsullar, dəniz məhsulları, zülal və karbohidrat əsas götürülüb.  Alimlər 15 ölkəni əhatə edib və nəticələrə görə, Əfqanıstan, Yeni Qvineya ölkələri qidalanmaya görə ən çox ölüm faizi alan ölkələrdir.

Fransa, İspaniya, Peru orta yerləri tutub.  ABŞ 43-cü yerdə qərarlaşıb.  Çin ən pis göstərici ilə 140-cı yeri tutub.  Özbəkistanda hər 100.000 insana 892 ölüm, İsraildə isə 89 nəfər düşür. Fərq həddən artıq çoxdur. Müəlliflər bu ölkələrin əhalisinə daha sağlam, orqanik, təbii qidalar seçməyi məsləhət görür. 

Sağlam qidalanmaq yağ, şəkərdən imtina demək deyil. Düzgün qidalanma ət, yağ, şirniyyat, tərəvəz və meyvələrin balanslaşdırılmış qəbuludur.  Məsələn, qırmızı ətin gündəlik norması 2-23 qramdır. Lakin hazırda bu normanı 30-a çatdırıblar. Bu isə zərərlidir. Hər bir insan gündə azı 21 qram qoz, fındıq, toxum, tum yeməlidir. Amma insanlar günlərlə bu qidaları yemir. Norma 3-5 qramı keçmir.