İlbiz yedi, 3 il komada qaldı BƏDƏNİNDƏ QURDLAR YARANDI


Digərləri 05 İyn 2019 19:19:00 261 0

İlbiz yedi, 3 il komada qaldı  BƏDƏNİNDƏ QURDLAR YARANDI

Avstraliyada reqbi oyunçusu Sem Ballardın həyatı 2010-cu ildə kabusa çevrilib. 

Son.az medicina.az-a istinadən bildirir ki, qatıldığı bir doğum günü partisindən sonra idmançının həyatı dəyişib. O, partidə dostları ilə mərcə girib çılpaq ilbiz yeyib. Həmin vaxt 19 yaşı olan idmançı bir neçə gündən sonra mədəsində şiddətli ağrılar hiss edib.

Həkimə mürəciət edən Sem eşitdiklərindən dəhşətə gəlib. Yediyi çılpaq ilbizdən orqanizmində ağciyər qurdu yaranıb.   Sem az müddət keçdikdən sonra komaya düşüb. Xəstəlik gəncin beyninə ciddi ziyan vurub. 3 il ərzində komada qalan oğlan ayılanda beldən aşağısını hiss etmirdi. O, bu vəziyyətdə bir neçə il yaşayır, lakin 28 yaşında ölüb.


Xəbərə aid fotolar