Kisellə qastrit və xoranın müalicəsi RESEPTLƏR
Digərləri 05 İyn 2019 19:04:00 260 0
Kisel müxtəlif məhsullardan hazırlanan qatı, şirəli içkidir. O, mədə-bağırsaq sistemini bərpa edir, mədədə yaranmış xora, qastrit, yaranı sağaldır. Eləcə də kisel mədəaltı vəzi üçün çox faydalıdır, onu sanki dirçəldir.
Evdə kisel hazırlamaq çox asandır.
Son.az medicina.az-a istinadən müalicəvi təsirli 3 kisel reseptini təqdim edir:
1.Vələmir (ovsyanka) kiseli Hazırlamaq üçün 3 litrlik balona 2 stəkan vələmir əlavə edib, üzərinə otaq temperaturunda 2 litr su tökürsüz. Sonra bura 70 qr təzə kefir qatıb, taxta qaşıqla qarışdırırsız. Ağzını tənziflə bağlayıb, 3 sutka qıcqırana kimi saxlayırsız. 3 gün sonra qarışım tənzifdən süzülür və soyuducuda 20 saat saxlanılır. Həmin su bankada 2 hissəyə ayrılacaq. Altda ağ qatı çöküntü, üzərində şəffaf maye. Həmin bu şəffaf hissə süzülür, qalan ağ kütləyə 2 stəkan su əlavə edib, zəif odda qaynayana kimi bişirilir. Sonda bal və ya mürəbbə qatılıb qarışdırılır.
2.Qarabaşaq (qreçka) kiseli
3 xörək qaşığı qarabaşaq döyülərək, un halına salınır. Bu unun üzərinə təmiz ilıq su alınıb, qarışdırılır. Emallı qaba 1 litr su alınır, zəif odun üzərinə qoyulur, bayaqkı qarabaşaqlı məhlul bu qaynayan suya aramla əlavə edib qarışdırın. 15 dəqiqə ərzində kiseli bişirin. Sona yaxın 1 qaşıq təmiz zeytun yağı əlavə edin.