Bakıda avtomobildən 11 kiloqram civə götürülüb


Kriminal 05 İyn 2019 18:59:00 234 0

Bakıda avtomobildən 11 kiloqram civə götürülüb

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ə.Qədimovun idarə etdiyi "Hyundai" markalı avtomobilə baxış zamanı oradan çəkisi 11 kiloqram olan civə aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, faktla bağlı araşdırmalar davam etdirilir.