ABŞ Şimali Koreyanı satanlara mükafat verəcək


Dünya 05 İyn 2019 18:39:00 222 0

ABŞ Şimali Koreyanı satanlara mükafat verəcək

ABŞ Şimali Koreyanın çirkli pullar yuması, kibercinayətkarlığı və kütləvi qırğın silahları yayması haqqında verilən hər məlumata görə 5 milyon dollar mükafat təklif edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb.

Dövlət Departamenti həmçinin Şimali Koreyanın neft məhsulları ilə ticarəti və Şimali Koreya ilə ticarət edən biznesmenlər haqqında da məlumat əldə etməyi planlaşdırdığını bəyan edib.