Çində robot pişik icad edildi


Digərləri 05 İyn 2019 16:39:00 229 0

Çində robot pişik icad edildi

Çinin "Ekasbo" şirkəti "Matebot" adlı robot pişiyi təqdim edib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, robot pişik sahibinin toxunuşlarına və səsinə reaksiya verə bilir. Belə ki, ona toxunulduqda bədənini tərpədir və baxışlarını dəyişir.

Robotun yaradıcıları bildiriblər ki, "Matebot" pişik saxlaya bilməyənlər üçün icad edilib.

O, səsi, intonasiyanı və əmrləri yadda saxlaya bilir. Bundan əlavə, "Matebot" cavab vermə xüsusiyyətinə də malikdir, "ağıllı" kolonka texnologiyası üzrə işləyir. Bu pişiyi smartfona qurulmuş proqramın köməyi ilə idarə etmək və tənzimləmək olar.