Afrika kiçiləcək, yerində ada yaranacaq


Dünya 05 İyn 2019 15:29:00 282 0

Afrika kiçiləcək, yerində ada yaranacaq

Keniyanın cənub-qərb hissəsində son zamanlarda meydana gələn çat böyüməkdə davam edir. 

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, artıq çat bir neçə kilometr genişlənərək Afrikanın magistral yollarından biri olan Nayrobi-Narokun dağılmasına səbəb olub.

Qeyd edək ki, 138 milyon il bundan əvvəl Afrika və Cənubi Amerika məhz belə bölünüb və Cənubi Atlantik Okeanı onların arasına daxil olub.

Alimlər iddia edir ki, 50 milyon ildən sonra Afrika çatı bənzər ayrılmaya səbəb olacaq və proses başa çatdıqdan sonra yeni su anbarı yaranacaq. Afrika kiçiləcək, Hind Okeanında müasir Efiopiyanın və Somalinin bir hissəsindən bir ada yaranacaq.