Uşaqların yaş dövrünə uyğun oyuncaq seçimi


Digərləri 05 İyn 2019 15:14:00 270 0

Uşaqların yaş dövrünə uyğun oyuncaq seçimi

Oyuncaqların uşağın inkişafındakı rolu hər kəsə məlumdur.

Körpələrin həm zehni, həm də fiziki olaraq inkişafı, münasibətlərinin formalaşması və təcrübələrinin artması üçün ən böyük dəstəkçilər oyuncaqlardır.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, hər yaş qrupunun öz oyuncağı var.

0-6 ay arası Uşaqlar doğulduqdan sonra ilk 2 ay müddətində onların eşitmə və görmə hissiyatları inkişaf edir. İşıq və səs kimi ani dəyişikliklər diqqətlərini cəlb edir və şəkillərə, rənglərə, səslərə reaksiya verməyə başlayırlar. Buna görə də, cüzi səs çıxaran rəngli oyuncaqlar bu ay üçün idealdır. İlk 2 aydan sonra görmə qabiliyyəti daha da artır və parlaq və fərqli rənglər onu cəlb edir. Buna görə də yavaş-yavaş oynada biləcəkləri rəngli oyuncaqlar, rəngli halqalar, musiqi qutuları, parçadan hazırlanan yumşaq oyuncaqlar məsləhətlidir.

6-12 ay Artıq uşaqların bu aylarda əzələləri inkişaf edir və onlar daha çox hərəkət etməyə başlayırlar. Uzandıqları yerdə çevrilməyə, dönməyə başlayan körpələr 7-ci aydan etibarən oturur, 9-cu aydan isə iməkləyirlər. Artıq əllə tuta biləcəkləri oyuncaqlar ilə oynamağa başlaya bilərlər. Yenə bol rəngli, səs çıxaran, basma və sıxma kimi xüsusiyyətləri olan oyuncaqlar, diş qaşımaq üçün rezinlər, bir-birinin içinə girən müxtəlif formalı kubiklər, plastik toplar onlar üçün idealdır.

12-18 ay 12-18 aylıq uşaqlar üçün etdikləri hərəkətə reaksiya verən oyuncaqlar idealdır. Dayaq-hərəkət sistemlərinin inkişafına kömək edəcək oyuncaqlar da ala bilərsiniz. Məsələn, itələmək və ya çəkmək kimi xüsusiyyəti olan oyuncaqlar, ata biləcəkləri, və ya vura biləcəkləri oyuncaqlar.  Bu yaş dövrü uşaqlara zehni inkişafına dəstək olacaq kiçik pazllar da gözəl hədiyyə olar.