6 yaşdan tez uşağı məktəbə qoymayın!


Digərləri 05 İyn 2019 15:19:00 231 0

6 yaşdan tez uşağı məktəbə qoymayın!

İntellekti güclü olan uşaqların vaxtından tez orta məktəbə getməsi, ali məktəbə qəbul olması dünyada da müşahidə olunan haldır. Bunun müsbət cəhətləri olsa da, mənfi tərəfləri də mövcuddur.

Son.az bildirir ki, bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov uşaqların vaxtından əvvəl orta məktəbə qəbul edilməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, belə halların artması təhsildə bir çox problemə yol aça bilər:

"Təhsil haqqında" qanunda qeyd olunur ki, məktəbə yalnız həmin tədris ilində 6 yaşı tamam olmuş uşaqlar gedə bilər. Xüsusi istedadlı uşaqlar müşahidə komissiyasından keçməklə məktəbə tez gedə və sinifləri öncədən başa vura bilər. Lakin bütün uşaqlar belə xüsusi bacarığa malik deyil. Uşaqların vaxtından əvvəl orta məktəbə getməsi, sonra da bir-iki sinif önə atlaması gələcəkdə daha ciddi fəsadlara gətirib çıxara bilər. Bizim təhsil proqramımız onsuz da kifayət qədər ağırdır, buna görə bu hal uşaqların vaxtından tez yüklənməsinə səbəb olur. Qanunvericilikdə qeyd olunur ki, uşaq 6 yaşında orta məktəbə gedir və 17 yaşında bitirir. Vaxtından əvvəl təhsili bitirmək də qanunla tənzimlənir, amma bu, çox nadir hallarda, xüsusi qabiliyyətli uşaqlar üçündür. Valideynlər bu halı qaydaya çevirməməlidir. Dünyada 5 yaşında riyaziyyatın ən çətin məsələlərini həll edə bilən uşaqlar var, lakin bu, sadəcə proqramlaşmış və əzbərlənmiş bilikdir. Hesab edirəm ki, uşaqlar vaxtında məktəbə getsə, gələcəkləri üçün daha effektli olar".

Psixoloq Narınc Rüstəmova da bildirib ki, uşaqların vaxtından əvvəl orta məktəbə getməsi onun psixologiyasına mənfi təsir edə bilər: