Çində nasaz lift 19cu mərtəbədən aşağı uçdu,


Dünya 05 İyn 2019 14:34:00 245 0

Çində nasaz lift 19cu mərtəbədən aşağı uçdu,

Çində içində 9 yaşlı qızın olduğu nasaz lift 19-cu mərtəbədən aşağı uçub, uşaq sağ qalıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hadisənin videosu yayılıb.

Bildirilir ki, hadisə Şençjen şəhərində mayın 28-də baş verib.

Kadrlardan görünür ki, iki uşaq liftlə 19-cu mərtəbəyə qalxır. Oğlan liftdən çıxanda, sistemdə nasazlıq baş verir və lift sürətlə enməyə başlayır.

Liftin kabinəsi birinci mərtəbədə dayanır və uşaq sağ qalır. 9 yaşlı qızın psixoloji travma aldığı bildirilir.