BBAK: Ötən gün 13 mindən artıq sərnişin daşınıb


Digərləri 05 İyn 2019 14:01:00 208 0

BBAK: Ötən gün 13 mindən artıq sərnişin daşınıb

4 iyun tarixində şəhərlərarası istiqamətlərə 484 reyslə 13 559 sərnişin daşınıb.

Bakı. Ceyhun Ələkbərov - 4 iyun tarixində şəhərlərarası istiqamətlərə 484 reyslə 13 559 sərnişin daşınıb. Trend-in məlumatına görə, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib. Onun sözlərinə görə, sərnişin sıxlığı daha çox Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub: "Bu dəqiqələrə olan statistikaya görə, 228 reyslə 6700 sərnişin bölgələrə yola salınıb. Günün sonuna qədər bu rəqəmin 10 000-ə yaxın olacağı gözlənilir. Beynəlxalq istiqamətlərə isə 30 reyslə 1100 sərnişin yola salınıb ki, ən çox sərnişin axını İstanbul şəhərinə olub".