Robototexnika üzrə III-cü Respublika Olimpiadasında iki həmyerlimiz gümüş medal qazanıb


Digərləri 05 İyn 2019 13:47:32 226 0

Robototexnika üzrə III-cü Respublika Olimpiadasında iki həmyerlimiz gümüş medal qazanıb

Azərbaycanda robototexnika üzrə III-cü Respublika Olimpiadası keçirilib.

Bakı. Azərbaycanda robototexnika üzrə III-cü Respublika Olimpiadası keçirilib. Trend-in məlumatına görə, SMART OWL Mərkəzinin Robototexnika Klubunun yetirmələri Kəmran Rzayev və Danil Kazakov ikinci yeri qazanıblar və gümüş medallarla təltif olunublar. Qeyd edək ki, Olimpiada “INNOFEST” çərçivəsində Gənclər və İdman, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. Yarış 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edir və 6 kateqoriya üzrə keçirilir. Yekunda qalib komandalar noyabrın 8-10-da Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaqlar.