Yeni ana olmuş qadınların nömrəsini qida şirkətlərinə kim verir?


Digərləri 05 İyn 2019 13:04:00 245 0

Yeni ana olmuş qadınların nömrəsini qida şirkətlərinə kim verir?

Şikayətçi Xəyal iddia edir ki, onun nömrəsini xəstəxanadakı həkimlərdən başqa heç kimi uşaq qidası satan şirkətlərə verə bilməz. Marketinqin bazarı aradırmasını müsbət hal kimi səciyyələndirən müsahibim, həkim-şirkət sövdələşməsini düzgün saymır. Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Xəyal Azəroğlu - Şikayətçi: "Mənə zəng gəldi, sorğu sual elədilər, qidanın adını soruşdu, mən də dedim. Sonra evə gəldim ki, yoldaşıma da eyni nömrədən zəng gəlib". Xəyal Azəroğlu - Şikayətçi: "Mənim məlumatlarımı niyə ötürürlər ki, həmin nömrəni araşdırdım. Məlum oldu ki, bu nömrə proqramda firma kimi yazılıb". Süni qidaların qəbulu bütün dünyada qəbul olunur və satışına heç bir qadağa tətbiq edilməyib. Ümumdünya səhiyyə təşkilatı ilk ay ərzində uşağın ana südü ilə qidalanması ilə bağlı xüsusi proqramı olsa da, əksər ölkələrdə bu proqram çox da geniş icra olunmur. Eyni zamanda bazarda rəqabət bəzi manipulyasiyalara da yol açır. Hazırda Azərbaycan bazarında 20 adda və növdə uşaq qidaları satılır. Eyni zamanda bu qidaların qablaşdırılması kimi tərkibləri də fərqlidir. Bu qədər çeşid, tərkibə baxmayaraq bazarda bir iki firmanın və və məhsulun hegemonluğu müşahidə olunur. Sevda Əsədova - Pediatr: "Ana südü yoxdur sözü də demək olar ki, olmamalıdır. 1000 qadından birində ola bilər. Ana südündən başqa əlavə qida kimi az miqdarda uşaq yeməyi verilə bilər". Eyyub Hüseynov - AİB-in sədri: "Azərbaycan ana südü ilə qidalanmada mərkəzi avropa ölkələrindən geri qalır. Və ana südü ilə bağlı göstəricilərin aşağı olmasında pediatrlarla-şirkətlərin iş birliyi dayanır". Mütəxəssislər bu kimi sövdələşmələri Azərbaycanda uşaqların sağlamlığı ilə bağlı qəbul olunan qanun və normalara zidd hərəkət hesab edir. Eyyub Hüseynov - AİB-in sədri: "Azərbaycanda erkən yaşlı uşaqların qidalandırılması ilə bağlı 12 il öncə qanun qəbul olunub. BMT ÜST-ün ayrıca konvensiyası var. Qanun bir mənalı şəkildə bu iş birliyini qadağan edir". Sevda Əsədova - Pediatr: "Hər bir ana öz uşağı üçün ən yaxşını istəyir. Qidanın da ən yaxşısını istəyir. Amma ana bilməlidir ki, uşağı üçün qidanın ən yaxşısı üstündə yaxşı yazısı olan qutular və bankalar deyil". Mütəxəsisslər deyir ki, bu kimi dırnaqarası işbirliyi dövlət xəstəxanlarından çox, özəl tibb mərkəzlərində daha çox özünü biruzə verir. Uşaq valideyn üçün həssas məqam hesab edildiyindən, bəzi tibb işçilər valideynləri müxtəlif bəhanə ilə bu qidaların qəbuluna inandırır. Porblemin həlli üçün geniş marifləndirməyə ehtiyac var.

Son.az 


Xəbərə aid fotolar