Arvadının kəndlisi ilə intim münasibətindən şübhələnən ərdən DƏHŞƏTLİ ƏMƏL:


Kriminal 05 İyn 2019 12:14:00 184 0

Arvadının kəndlisi ilə intim münasibətindən şübhələnən ərdən DƏHŞƏTLİ ƏMƏL:

Hacıqabul rayonunda qısqanclıq zəminində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1981-ci il təvəllüdlü Gülverdi Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, Gülverdi Məmmədov Salyan rayonunun Qubalı kəndində anadan olsa da, sonradan Hacıqabul rayonun Qubalıbalaoğlan kəndinə köçüb.

Arvadından şübhələndi

Gülverdi Məmmədov burada Məlahət ilə ailə qurub, yaşamağa başlayıb. O, illər əvvəl, yəni 2013-cü ildən arvadı Məlahətin həmkəndlisi Samir Kərimov ilə münasibətlərindən şübhələnib.

Gülverdi Məmmədovun bu şübhələri 2015-ci ilə kimi davam edib. Amma əlində fakt olmadığı üçün Samir Kərimovun arvadı ilə münasibətlərini aydınlaşdıra bilməyib.

Şübhəsini arvadına açdı

Amma 2015-ci ilin yayında yaşadıqları kənddə dayısı oğlu Aydın Babayevin evinin həyətində keçirilən toy məclisində Samir Kərimovun arvadı Məlahətə tez-tez nəzər yetirməsindən şübhələrini bir daha artırıb.

Bu səbəbdən toydan sonra o, Məlahətdən Samirlə aralarında intim münasibət olub-olmadığını xəbər alıb. Məlahətdə Samirlə aralarında heç bir münasibət olmadığını deyib.

Arvadının intim münasibəti qənaətinə gəldi

Arvadının Samirlə intim münasibətdə olmasına dair ittihamını inkar etməsinə baxmayaraq, o, buna inanmayıb. Bu səbəbdən arvadına eyni məzmunda tez-tez suallar verməkdə davam edib.

Nəhayət, Gülverdi arvadının həmkəndlisi Samirlə intim münasibətdə olması qənaətinə gəlib. O, qısqanclıq zəminində sonuncudan qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. Bu niyyətini həyata keçirmək üçün münasib şəraitin yaranmasını gözləyib.

Nişanlısı ilə görüşə gedən oğlanın arxasınca düşdü

Avqustun 14-də, gecə saat 01 radələrində Gülverdi Samirin rayonun Rəncbər kəndində yaşayan nişanlısıgilə getdiyini bilib. O, lüləsini və qundağını kəsməklə özündə saxladığı tüfənglə silahlanıb və özünə məxsus atla həmin kəndə yollanıb.

Həmin kənddə Samirin "VAZ 21015" markalı avtomobilinin nişanlısının darvazasının qabağında dayandığını görüb. O, atdan düşərək yaxınlıqdakı xəndəkdə oturub və onun geri qayıtmasını gözləyib.

Gənci avtomobilində güllələdi

Bir qədər sonra Samir nişanlısının yaşadığı evdən çıxıb və özünə məxsus avtomobilinə tərəf yollanıb ki, yaşadığı kəndə qayıtsın. Samirin avtomobilinə tərəf tək gəldiyini görən Gülverdi onu öldürmək məqsədilə avtomobilə yaxınlaşıb.