Kanada peykləri İlon Maskın köməyi ilə orbitə çıxarılacaq


Digərləri 05 İyn 2019 11:59:00 237 0

Kanada peykləri İlon Maskın köməyi ilə orbitə çıxarılacaq

Yer planetinin tədqiq edilməsi üçün nəzərdə tutulan "RADARSAT Constellation" adlı üç yeni Kanada peykinin orbitə göndərilməsi planlaşdırılır.

Son.az Oxu.az-a istinadən bildirir ki, bu barədə Kanada Kosmik Agentliyi məlumat yayıb.

"Bu yeni nəsil peykləri Yer səthinin müşahidə edilməsi üçündür. Onların buraxılışı 11 iyun 2019-cu ildə baş tutacaq", - deyə, məlumatda bildirilir.

Peykləri orbitə İlon Maska məxsus "SpaceX" şirkətinin "Falcon 9" raket daşıyıcısı çıxaracaq. Layihənin dəyəri 890 milyon dollardır.