Aygündən bayram sürprizi


Şou-biznes 05 İyn 2019 10:34:00 237 0

Aygündən bayram sürprizi

Xalq artisti Aygün Kazımovanın repertuarına yeni mahnı əlavə olunub.

Son.az "qafqazinfo"ya istinadən  xəbər verir ki, sənətçi "Mən gəlirəm" adlı mahnısını təqdim edib. Bəstə Kazımovanın rəsmi "Youtube" səhifəsində "Ramazan Bayramınız mübarək olsun" şərhi ilə yerləşdirilib.

Bundan əlavə, pop-diva sözügedən mahnı üçün hazırlanan çarxa çəkilən fotoları da İnstaqram hesabında paylaşıb. A. Kazımovanın geyimini bu dəfə də tanınmış modelyer-dizayner Rüfət İsmayıl hazırlayıb.  

Qeyd edək ki, "Mən gəlirəm"in müəllifi Sevinc Ağasıyevadır.


Xəbərə aid fotolar