Rusiyanın Su35 təyyarəsi ABŞın altıncı hərbi donanmasını qorxudub


Dünya 05 İyn 2019 10:09:00 214 0

Rusiyanın Su35 təyyarəsi ABŞın altıncı hərbi donanmasını qorxudub

Aralıq dənizinin səmasında Rusiya və ABŞ hərbi təyyarələrinin iştirakı ilə insident baş verib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, Amerikanın 6-cı hərbi donanmasının mətbuat xidməti xəbər verir ki, Su-35 qırıcısı ABŞ-ın P-8A "Poseidon" kəşfiyyat təyyarəsinin qabağını kəsib. "Kəşfiyatçının" uçuşu 175 dəqiqə ərzində rus təyyarəsinin müşaiəti ilə keçib və bu vaxt o bir neçə dəfə təhlükəli yaxınlaşma həyata keçirib.

Amerikalı hərbçilərin fikrincə onların hərərkətləri beynəlxalq hüquq əsasında olub, rusiyalı pilot isə əksinə təxribat xarakterli addımlar atıb.