Bakıda piket keçirmiş jurnalist sifilis xəstəsi çıxdı


Digərləri 05 İyn 2019 09:19:00 213 0

Bakıda piket keçirmiş jurnalist sifilis xəstəsi çıxdı

Bir neçə həftə əvvəl Səhiyyə Nazirliyinin önündə piket keçirmiş jurnalist Teymur Kərimov uzun müddətdən bəri davam edən ağır xəstəliyinə görə anlaqsız vəziyyətdə olubmuş.

Son.az haqqın.az-a istinadən bildirir ki, gənc T.Kərimov artıq illərdir ki, ağır zöhrəvi xəstəlik olan sifilisdən əziyyət çəkir.

2017-ci ildə o, Respublika Dəri-Zöhrəvi Dispanserində müalicə olunub. Lakin sonradan o, reketçiliyə görə həbs edilib. Azad ediləndən sonra müalicəsini davam etdirən T.Kərimov bu ilin aprelin 13-də bir qadınla yenidən dispanserə müraciət edib və uçota götürülüb.

Dispanserin həkimləri ona müalicə təyin etsələr də, Kərimov yoxlama analizlərinə getməyib. Həkimlərin dediklərinə görə, ağır xəstəlik onun beynində fəsadlar yaradıb və psixoloji durumuna təsir edib.