Rusiyada "Zenit" fotokameralarının yenidən istehsalına başlanılıb


Digərləri 05 İyn 2019 07:52:00 178 0

Rusiyada "Zenit" fotokameralarının yenidən istehsalına başlanılıb

Rusiyada sovet dövrünün əfsanəvi "Zenit" fotokameralarının yenidən istehsalına başlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiyanın "Şvabe" holdinqi ilə Almaniyanın "Leica" şirkətinin birgə istehsalı olan məsafəölçənli "Zenit M" fotokamerası artıq satışa çıxarılıb.

İlkin olaraq fotokamera 500 ədəd istehsal olunub. "Zenit M" 100-6400 diapazonda işıq həssaslığını dəyişməyə, saniyədə 3 kadr sürəti ilə çəkiliş etməyə imkan verir. Kameranın qiyməti 460 min rubldur (təxminən 12 min manat).

Bəzi mütəxəssislərin fikrincə, kameranın fokusunun əllə tənzimlənməsi, saniyədə 3 kadr və yüksək qiymət onun rəqabətqabiliyyətli olacağına ümid bəsləməyə imkan vermir.