Şamaxı Astrofizika Rəsədxanasının Zeiss600 teleskopunun optik gücü artırılıb FOTO
Digərləri 05 İyn 2019 07:36:00 333 0
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) parlaqlığı çox zəif olan səma cisimlərinin fotometrik müşahidələrinin aparılması üçün Zeiss-600 teleskopunun optik gücü artırılıb.
Rəsədxanadan Son.az-a bildiriblər ki, bunun üçün ŞAR-ın bir qrup əməkdaşı tərəfindən təkmilləşdirmə işləri aparılıb, teleskopda Celestron F/6.3 fokus reduktoru quraşdırılıb. Nəticədə teleskopun işıq gücü 1,6 dəfəyədək artırılıb. Bu isə daha zəif ulduz ölçüsünə (18m-19m) malik obyektlərin, qalaktika və dumanlıqların müşahidə edilməsinə imkan verir.
Bu cür təkmilləşdirilmədən sonra teleskopda ŞAR-ın da yaxından iştirak etdiyi Avropanın GRANDMA proqramına uyğun olaraq neytron ulduzların və qara dəliklərin katastrofik alışmasının izlərinin müşahidəsi mümkün olacaq.
Mənbə: milli.az