Corc Harrisonun gitarası Londonda hərraca cıxarılacaq


Digərləri 05 İyn 2019 07:07:00 190 0

Corc Harrisonun gitarası Londonda hərraca cıxarılacaq

"Beatles" qrupun üzvü Corc Harrisona məxsus "Futurama" markalı gitara Londondakı dəbdəbəli "Bonhams" evində hərraca çıxarılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1958-ci ildə istehsal olunan gitaranın ilkin qiyməti 200 min funt sterlinq civarında olacaq. Gitara satışa çıxarılmadan əvvəl ictimaiyyətə göstəriləcək.

Harrison bu gitarada Hamburqda qastrolda olduğu zaman ifa edib.

Qeyd edək ki, öz dəyərli tarixi olan alət orijinal qabı ilə hərraca çıxarılacaq.