Almaniyada tanınmış siyasətçi qətlə yetirilib


Dünya 05 İyn 2019 06:30:00 263 0

Almaniyada tanınmış siyasətçi qətlə yetirilib

Angela Merkelin partiyasından olan alman siyasətçinin cəsədi tapılıb. Yerli KİV-lər onun "müəmmalı şəraitdə" qətlə yetirildiyini bildirirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kasseldə yerli hökumətin rəhbəri olmuş Uolter Lyubke öz bağında başından aldığı odlu silah yarası nəticəsində dünyasını dəyişib. Kassel dairəsinin daxil olduğu Hessen federal əyaləti polisinin məlumatına görə hadisə yerində silah tapılmayıb. İndi 65 yaşlı siyasətçinin ölümü "qətl" maddəsi üzrə təhqiq olunur.

Partiyanın yerli bölməsinin bəyanatında bildirilir ki, sadə adamlar üçün çox populyar olan siyasətçinin ölümü hamını şoka salıb.

XDİ əyalət bölməsinin sədri, Hessen əyalətinin Baş naziri Folker Buffye deyib: "Dostumuz Uolter Lyubkenin qəfil ölümü bizi sarsıdıb".