Dünya 234 ildir paraşütlə "tullanır" Azərbaycanda isə bunun üçün yer belə yoxdur FOTO


Digərləri 05 İyn 2019 01:30:00 254 0

Dünya 234 ildir paraşütlə "tullanır"  Azərbaycanda isə bunun üçün yer belə yoxdur  FOTO

Bu günlərdə dünyada "Paraşüt günü" qeyd olundu. Belə ki, ilk dəfə olaraq 1785-ci ilin 3 iyununda paraşüt fransız aeronavt Fransua Blanşar tərəfindən ictimaiyyətə nümayiş olunub. Buna görə də 3 iyun tarixin yaddaşına "Paraşüt günü" kimi düşüb.

Paraşütdən tullanmaq nə qədər cəlbedici görünsə də, adamda təhlükəli olduğu təəssüratı yaradır.

Bəs, paraşüt nə vaxt və niyə yaranıb?

Son.az oxu.az-a istinadən paraşütlərin tarixi barədə bəzi maraqlı məlumatları təqdim edir:

Qədim qeydlər göstərir ki, insanlar qalaların, ağacların təpələrindən müxtəlif çətirəbənzər əşyalarla aşağı enməyə cəhd ediblər. Amma onların çoxu yaralanma, bəziləri ölümlə nəticələnib. Səmanı fəth etmək arzusu isə insanı heç vaxt tərk etməyib.

Paraşütün ilk eskizi 1483-cü ildə Leonardo da Vinçi tərəfindən çəkilib.

"İnsanın nişastalanmış kətandan ölçüləri 12 dirsək enində və uzunluğunda çadırı varsa, o, istənilən hündürlükdən təhlükəsiz şəkildə tullana bilər", - o yazırdı.

Leonardonun paraşütü müasir dizayna bənzəyirdi, praktik olaraq ehtiyacın olmaması onun az istehsal olunmasına səbəb oldu. 

200 ildən sonra aeronavtikanın (uçan aparatlarda havada hərəkət etmə nəzəriyyə və praktikası - red.) inkişafı və tez-tez baş verən fəlakətlər ixtiraçıları yüksək hündürlükdən insanların tullanması üçün aparat yaratmaq ideyasına yaxınlaşdırdı.

İlk dəfə belə qurğunu fransız fiziki Lenorman yaratdı və ona paraşüt adı verdi ("para" - yunan sözüdür, qarşı, əksinə deməkdir, fransız "şyute" sözü isə yıxılmaq deməkdir, yəni yıxılmağa qarşı). O, həm də ilk dəfə paraşütdən istifadə edən şəxs hesab olunur.

3 iyun 1785-ci ildə fransız aeronavt Fransua Blanşar Londonda hazırladığı hava şarından olan paraşütü nümayiş etdirdi. Blanşar öz ixtirasını test etməyə cəsarət etmədi və 300 metr hündürlükdən iti atdılar. 

Paraşütlə peşəkar şəkildə tullanan ilk cəsarətli insan fransız aeronavt Andre-Jak Qarneren olub. 1797-ci ildə 900 metrdən gerçəkləşən tullanış Avropada ilk idi.


Xəbərə aid fotolar