Azərbaycan nefti ucuzlaşır


Digərləri 04 İyn 2019 23:30:00 208 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 3-də 64,32 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 3-də 64,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,77 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,7 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,89 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 2,8 dollar/barel azdır.