Səcdə zamanı alınla yanaşı burunun da yerə dəyməsi vacibdirmi?


Digərləri 04 İyn 2019 23:20:00 260 0

Səcdə zamanı alınla yanaşı burunun da yerə dəyməsi vacibdirmi?

Bu barədə İslam məzhəblərinin baxış tərzi fərqlidir. Bəzi məzhəblərdə səcdə zamanı burnu yerə qoymaq müstəhəb, bəzilərində vacib sayılır. Hənbəli məzhəbinə görə, səcdədə alınla yanaşı, burnu da yerə dayamaq fərzdir və bunsuz səcdə gerçəkləşməz.

Son.az islam.az-a istinadən bildirir ki, hənəfi məzhəbinə görə də bu vacibdir, üzürsüz səbəbdən səcdədə burnu yerə qoymamaq məkruhdur. Cəfəri məzhəbinə görə, səcdə zamanı alından əlavə, burnu da möhürün və ya torpağın üzərinə qoymaq müstəhəbdir. Buna görə iri ölçülü möhürlər də hazırlayırlar. Bəzən isə möhür kiçikdirsə, insanlar namaz qılan zaman burunlarını qoymaq üçün də əlavə möhürdən istifadə edirlər. Bir daha təkrar edirik ki, cəfəri məzhəbində bu, vacib deyil və burunu möhürün üzərinə qoymadan da edilmiş səcdə tam doğrudur.