Süni intellektin təhlükəsi


Digərləri 04 İyn 2019 22:45:00 183 0

Süni intellektin təhlükəsi

Yel Universitetinin fənlər arası bioetika mərkəzinin professoru Vendel Vallax bu barədə fikirini bildirmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, o, bildirmişdir ki, süni intellekt (Sİ) özü özlüyündə təhlükəli deyil, bu texnologiya mənfi istiqamətdə istifadə olunduqda təhlükəli ola bilər.

Mütəxəssisin narahatçılığı bu texnologiyanın insanların idarə olunmasında və kütləvi şəkildə izlənilməsində istifadə olunacağındadır.

Səslənən muxtəlif fikirlərə əsasən, belə bir texnologiya nəzarətdə olmalıdır. Sİ haqqında narahatçılıq əsasən onların nə vaxtsa üsyan edə biləcəyi və ya onların xidmətlərində istifadə olunaraq insanları işsiz qalmaları haqqındadır.

Vendel Vallaxın sözlərinə görə, Sİ-dən deyil, onları istifadə edəcək insanlardan qorunmaq lazımdır. Bununla yanaşı ekspert, yaxın həmkarlarının, 20 ildən sonra insan ağlına oxşar süni intellektin yaranacağı fikriylə də razılaşmayıb.