Görədil çimərliyində növbəti təmizlik aksiyası təşkil olunub FOTO


Digərləri 04 İyn 2019 22:47:00 186 0

Görədil çimərliyində növbəti təmizlik aksiyası təşkil olunub  FOTO

İyunun 1-də IDEA İctimai Birliyinin təşkilatçılığı və Binəqədi rayon icra hakimiyyətinin dəstəyi ilə daha bir sahilyanı təmizlik aksiyası keçirilib. Çimərlik mövsümünün açılışı ilə əlaqədar keçirilən aksiyaya 100 nəfərdən çox gənc könüllü qoşulub.

Son.az Trend-ə istinadən bildirir ki, Görədil çimərliyində təşkil edilən aksiya üçün xüsusi olaraq ictimai çimərlik seçilmiş, insanların rahat, təmiz və təhlükəsiz məkanda pulsuz istirahət edə bilməsi üçün ərazidə söhbətgahlar, kölgəliklər və paltar-dəyişmə yerləri inşa edilmiş, sanitar qovşaq quraşdırılmış, voleybol üçün meydança salınmış, zibil qutuları yerləşdirilmişdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları DJ-lərin səsləndirdiyi musiqi sədaları altında 4,4 hektar ərazisi olan çimərlikdən 2 tona yaxın tullantı toplamışlar. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika cəlb olunmuşdur.

"Sahillər təmiz qalsın" şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində çoxsaylı gənclərin iştirakı ilə baş tutan sayca 12-ci aksiyadır.

2019-cu il çimərlik mövsümü ərəfəsində keçirilən ilk aksiya iki gün oncə Novxanı çimərliyində baş tutmuşdur. Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş daha bir kütləvi təmizlik aksiyasının keçirilməsi iyunun 8-ə planlaşdırılıb.


Xəbərə aid fotolar