Cəfər Təyyar şəhid olanda oruc idi…


Digərləri 04 İyn 2019 22:50:00 239 0

Cəfər Təyyar şəhid olanda oruc idi…

Bəni-Abbasdan olan bir şəxs oruc haqqında soruşanda, ona deyirlər: "Əgər Peyğəmbərin (s) orucunu bilmək istəyirsənsə, o Həzrət (s) hər ayın üç gününü oruc tutardı və buyurardı: "Bu üç günün orucu dünyanın orucuna bərabərdir"".

Son.az deyerler.org-a istinadən bildirir ki, yəni belə bir oruc dünyanın bütün günlərində oruc tutmağa bərabərdir.

"Xəsais" kitabının müəllifi yazır: "Əli (ə) səvvab idi və çoxlu oruc tutardı".

Mühəddis Qumi yazır: "İmam Əli (ə) gecələri oyaq qalar və ibadətlə məşğul olardı. Gündüzləri isə aralarında bir gün fasilə olmaqla oruc tutardı".

Məşhur təfsirin müəllifi olan Təntavi yazır: "Mən təfsiri yazmağa başladığım gündən bəri Allahın tövfiqinin halıma şamil olması üçün nəzir etdim ki, təfsiri bitirənə qədər oruc tutacağam. İndi 6 ildir ki, oruc tuturam".

Nümunəvi oruc tutanlardan biri də Cəfər Təyyar idi. O, Mutə döyüşündə iştirak edir və bu döyüşdə onun iki əlini kəsirlər. Ona 70 dənə ox dəyir. Bədənində olan qanı sona çatmaq üzrə olur. Onu yaralıları müalicə etdikləri xeyməyə çatdırırlar.

Abdullah ibni Ömər deyir: "Mən Cəfər Təyyar ilə birlikdə idim. Hələ nəfəs alırdı. Bir qədər su gətirdim ki, içsin və gözlərini güclə açıb mənə baxdı və dedi: "Nə deyirsən?".

Mən dedim: "Su gətirmişəm ki, içəsən".

Dedi: "Bu suyu başımın üstündə saxla. Əgər məğribə qədər sağ qalsam, ondan içərəm. Əgər qalmasam, susuz halda Allahın yanına gedərəm".