İnsan hərəkətlərini animasiya kimi təqlid edən futuristik güzgü


Digərləri 04 İyn 2019 22:10:00 250 0

İnsan hərəkətlərini animasiya kimi təqlid edən futuristik güzgü

Universal Everything adlı dizayner kollektivi, Londonda AI: More Than Human sərgisinin girişinə, insan hərəkətlərini təqlid edən animasiyalara malik bir güzgü qoydu.

Güzgünün əsas məntiqi sadədir - görüntünü əks etdirmək.

Londonda sərgilənən, daha doğrusu bir sərginin girişində olan bu güzgü isə, bir az fərqlidir. AI: More Than Human adlı sərginin girişində qoyulmuş və Future You adı verilən güzgü, süni intellekti və animasiyaları istifadə edir.

Güzgüdə bir insan deyil, bir fiqur görünür. Bu animasiya fiqur, insanları izlədikcə onların hərəkətlərini öyrənir və ona görə daha çevik hala gəlir, insanların özlərinə xas davranışlarına uyğunlaşma təmin edir.