Süni intellekt səs vasitəsilə görüntünü təyin edir


Digərləri 04 İyn 2019 22:20:00 211 0

Süni intellekt səs vasitəsilə görüntünü təyin edir

Yeni bir süni intellekt səs tonunuzla sizin necə göründüyünüzü təyin edir.

Karnegi Mellon Universitetinin araşdırmaçıları yeni süni intellekt araşdırmaları ilə diqqətçəkici bir uğur əldə edib. Süni intellekt insanların səslərini qısa bir müddət dinləyərək gerçək həyatda necə görünə biləcəklərini göstərir.

Süni intellektin nəticələri qüsursuz deyil, ancaq diqqətçəkici ölçüdə uğurludur. Bu da, xüsusiləşdirilmiş süni intellektlərin nə qədər diqqətçəkici və eyni zamanda nə qədər də qorxuducu ola biləcəklərini göstərir. Süni intellekt cüzi məlumat qırıntılarından çox əhəmiyyətli məlumatları hasil edir.

Bu həftə nümayiş olunan və arxivdə iştirak edən araşdırmaya görə qrup, GAN texnologiyasını istifadə edərək qısa səs kliplərini analiz edir və natiqin biometrik xarakteristikalarını uyğunlaşdıraraq, ola biləcək bənzərliklərlə yoldaşlıq qurur. Araşdırmaçıların diqqətlə seçdikləri sözləri bir kənara qoysaq, danışmağa baxaraq insanın zahirini ortaya çıxaran bir alqoritm qarşımıza çıxır.