Doludan sonra baş verən palçıq axını fəsadlara səbəb oldu


Digərləri 04 İyn 2019 21:43:00 220 0

Doludan sonra baş verən palçıq axını fəsadlara səbəb oldu

Dəniz səviyyəsindən 1660 metr yüksəklikdə yerləşən Qusarın Ləzə kəndinə dolu yağıb.

Son.az oxu.az-a istinadən bildirir ki, saat 16 radələrində başlayan dolunun ardınca güclü palçıq axını baş verib.

Kənd sakini Mövlud Əzizovun Oxu.Az-a verdiyi məlumata əsasən vulkan  püskürməsinə bənzəyən palçıq axını əsasən kənd təsərrüfatına ziyan vurub. Kartof sahələri palçıq qatının altında qalıb.

Sakinlər prosesin hazırda davam etdiyini deyirlər. Hadisə ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar komissiyası məlumatlandırılıb. Əraziyə texnika göndərilib.

Hadisə diqqət mərkəzindədir. Əlavə məlumət veriləcək.