İki təşkilat Huawei şirkəti ilə əməkdaşlığı bərpa edib


Digərləri 04 İyn 2019 21:45:00 231 0

İki təşkilat Huawei şirkəti ilə əməkdaşlığı bərpa edib

Huawei smartfonlarının istehsalı ilə məşğul olan Flex şirkətindən sonra digər şirkətlər də Huawei ilə əməkdaşlıqlarını bərpa etməyə başlayıblar. Anidən iki təşkilat Huawei şirkətini özlərinin partnyorlar siyahısına geri qaytarıb.

Son.az technote.az-a istinadən bildirir ki, keçən həftə yaddaş kartlarının standartlarını təyin edən SD Association və məlumatların naqilsiz ötürülməsi texnologiyasının inkişafı ilə məşğul olan Wi-Fi Alliance təşkilatları Huawei şirkəti ilə əməkdaşlıqlarını dayandırmışdılar.

İndi isə Huawei şirkəti hər iki təşkilatın saytındakı siyahıya yenidən əlavə olunub. Heç istisna deyil ki, SD Association ilə Wi-Fi Alliance təşkilatları bunu müəyyən müddətlik ediblər. Belə ki, ABŞ hökuməti şirkətə 90 günlük lisenziya təqdim edib. Həmin 90 gün ərzində şirkət ABŞ regionunda öz fəaliyyətini davam etdirə bilər. Lisenziyanın müddəti 19 avqust tarixində başa çatacaq. Yəni bu iki təşkilat yalnız həmin 90 günlük lisenziya çərçivəsində şirkət ilə əməkdaşlığı bərpa etmiş ola bilər. Qeyd etmək lazımdır ki, şirkət artıq ABŞ regionunda fəaliyyətinə qadağanın qoyulası məsələsi ilə ABŞ məhkəməsinə müraciət edib.