İnterpol qətldə təqsirləndirilən azərbaycanlını axtarır
Digərləri 04 İyn 2019 21:38:00 225 0
İnterpol daha bir azərbaycanlı barədə beynəlxalq axtarış elan edib.
Son.az Trend-ə istinadən bildirir ki, 1979-cu ildə Şirvan şəhərində anadan olan Elnur Abbasov qəsdən adam öldürməkdə ittiham olunub.
Təqsirləndirilən şəxs barəsində hüquq-mühafizə orqanlarında cinayət işi başlansa da, o istintaqdan yayınıb.
Məhkəmə istintaq orqanının təqdimatı ilə E.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib və axtarış elan edilib.
Mənbə: milli.az