Tək səbirə inanmaq düzgündürmü?


Digərləri 04 İyn 2019 21:40:00 522 0

Tək səbirə inanmaq düzgündürmü?

Şəriətiniz sağlam məntiqə dayanmayan, dini mətnlərdə əsası olmayan inanclara əhəmiyyət verməməyə çağırır. Xalq arasında belə bir inanc formalaşıb ki, hər hansı məsələ barədə danışılarkən tək sayda asqlrmaq pis əlamət sayılır, bu halda həmin işi görməmək məsləhətdir. Əksinə, cüt sayda asqırmaq o için uğurlu olacağını bildirir.

Son.az islam.az-a istinadən bildirir ki, əlbəttə, bu fikrin heç bir dini əsası yoxdur. Heç bir dini mənbədə bu yolla istixarə etmək qaydası yazılmayıb. Asqırmaq sırf bioloji bir prosesdir, onu hadisələrin nəticəsi ilə bağlamaq mənasızdır. Bu cür işlər kahinlərə məxsusdur, kahinlik də böyük günahdır. Tək ya cüt səbrə inanan şəxslər yanlışlığa yol verirlər, amma bunu onlara xoşluqla, kobudluğa yol vermədən izah etmək lazımdır.