Bayram namazı məscidlərdə nə vaxt qılınacaq?


Digərləri 04 İyn 2019 21:25:00 200 0

Bayram namazı məscidlərdə nə vaxt qılınacaq?

Xəbər verdiyimiz kimi, iyunun 4-ünün Mübarək Ramazan ayının son günü olma ehtimalı olduqca yüksəkdir. Bu isə o deməkdir ki, iyunun 5-də Azərbaycan məscidlərində bayram namazı qılınacaq. Əjdərbəy məscidi və Təzəpirdə namazın vaxtları haqda məlumat vermişdik.

Son.az islam.az-a istinadən bildirir ki, Məşədi Dadaş, Qasımbəyli, Bakıxanov qəsəbəsi İmam Rza (ə) məscidi və Günəşlidəki Fatimeyi Zəhra məscidindən bildirdilər ki, iyunun 4-ü axşamı Ayın görünəcəyi təqdirdə bayram namazı sözügedən ibadət ocaqlarında iyunun 5-də saat 9-da qılınacaq.