Volkswagen "Yol tutması" xəstəliyini həll etmək istəyir


Digərləri 04 İyn 2019 21:10:00 244 0

Volkswagen "Yol tutması" xəstəliyini həll etmək istəyir

Almaniyanın avtomobil istehsalçısı sürücüsüz nəqliyyat vasitələrində avtomobil tutması olaraq adlandırılan xəstəliyi həll etməyə çalışır.

Bir çox avtomobil istehsalçısı, sürücüsüz nəqliyyat vasitələri mövzusunda insanların düşündüyü qədər irəliləmiş deyil, ancaq bu sahədə də davamlı olaraq inkişaflar yaşanır və bu inkişaflardan bir də avtomobil tutmasıdır.

Avtonom nəqliyyat vasitələrinin hələ yollara çıxmasına uzun bir müddət olsa belə, Volkswagen keçən həftə avtomobil tutması mövzusunda işlədiklərini söylədi. Şirkət həmçinin yol tutmasının gözlərdə və bədəndə ağrıya səbəb olduğunu və sürücülərin əsas problem yaşadığını ifadə etdi.

Bu vəziyyətin hər üç insandan birinə təsir etdiyini söyləyən Volkswagen, sürücüsüz nəqliyyat vasitələrinin yollardakı yerini almağa başlamasından sonra, bunun daha da yayılacağını dilə gətirir.

Alman avtomobil istehsalçısı, maşın tutması xəstəliyi üzərində etdikləri sınaqlar mövzusunda mətbuata şərh verdi. Verilən şərhdə şirkətin daxilində olan araşdırmaçıların, nəqliyyat vasitələrində dəyişikliyinin bu xəstəliyi önləyib önləmədiyini araşdırdığından bəhs edildi. Şirkət, həmçinin aparılan araşdırmalarda bəzi müvəffəqiyyətli nəticələrə imza atdıqlarını, ancaq bu mövzuda gediləcək daha çox yolun olduğunu ifadə etdi.