Aspirin insult üçün təhlükəsizdir


Digərləri 04 İyn 2019 21:11:00 228 0

Aspirin insult üçün təhlükəsizdir

Beyin qanaxması səbəbi ilə insult yaşayan xəstələr gələcək insultlar və ürək problemlərinin qarşısını almaq üçün rahatlıqla aspirin qəbul edə bilərlər, yeni bir araşdırmada deyilir.

Aspirin qanı durultduğu üçün həkimlər ondan istifadədən çəkinirlər. Onlar aspirinin qanaxmanı daha da pisləşdirdiyini düşünürlər.

Lakin The Lancet jurnalında çıxan araşdırma göstərib ki, aspirin yeni beyin qanaxması riskini nəinki artırmır, eləcə də azalda bilər.

Mütəxəssislər, bu "güclü göstəricinin" təsdiqi üçün əlavə araşdırmalara ehtiyac olduğunu deyirlər.

Onlar məsləhət bilirlər ki, gündəlik aspirin qəbulunu yalnız həkim təyinatı əsasında etmək doğrudur.

Aspirinin faydaları və riskləri

Aspirin əsasən ağrıkəsici kimi tanınır və bəzən hətta qızdırmanı aşağı salmaq üçün də istifadə olunur.

Lakin gündəlik aşağı dozalı aspirindən (75 milliqram) qanı durultmaq və beləliklə ürək tutmaları və beyin qanaxmalarının qarşısını almaq üçün istifadə edilir.

Beyin qanaxmalarının əksəriyyəti beyinin qan damarlarında tutulma zamanı baş verir. Ancaq bəzən məhz qanaxmalar da buna səbəb ola bilir.

Aspirin qanı durultduğu üçün bəzən xəstələrin asanlıqla qanaxma yaşamasına səbəb olur.

Və aspirin hamı üçün təhlükəsiz deyil.

O həm də həzm pozğunluğu da yarada bilir və nadir hallarda mədə xorasına səbəb olur.

Həkim təyin etmədiyi təqdirdə, 16 yaşdan aşağı uşaqlara aspirin vermək olmaz.

Belə ki, o, uşaqlarda Reye sindromu (qaraciyər və beyin zədəsi) kimi nadir, ancaq ciddi bir xəstəlik yarada bilər.

Araşdırma

Araşdırmada Birləşmiş Krallıq üzrə 537 nəfər iştirak edib. Onlar qan laxtalanmasının qarşısını alan aspirin, dipyridamole və clopidogrel adlı dərmanlar daxil olmaqla anti-trombosit preparatlar qəbul ediblər.

Pasientlərin yarısına dərmanlara (onlar beyin qanaması keçirəndən qısamüddətli fasilədən sonra başlayıblar) davam etmək tapşırılıb, digər yarısına dayandırmaq Araşdırmanın aparıldığı beş il ərzində dərmanları dayandıranlar arasında 23 nəfər, dərmanlara davam edənlərdən 12 nəfər beyin qanaması keçirib

Aparılan iş Milanda baş tutan Avropa Ürək Çatışmazlığı Təşkilatı Konfransında təqdim olunub.

Mütəxəssislər nə deyir?

Araşdırma aspirinin gələcək insultların qarşısını aldığını isbat edə bilməsə də, aşağı risk ilə əlaqəsi var.

Eləcə də araşdırmada aspirin qəbulunun hər zaman təhlükəsiz olduğu əksini tapmır.