Nə yeyirsənsə, osan? Bununla razısınızmı?


Digərləri 04 İyn 2019 21:12:00 200 0

Nə yeyirsənsə, osan? Bununla razısınızmı?

Sizin üçün yaxşı nahar yeməyi nədir? Bu, bəzilərimiz üçün tərəvəz salatı, bəzilərimiz üçün kabab, bəzilərimiz üçün də suşidir.

Bəs hansı yeməyi yeməyimiz bizim kimliyimizi də müəyyənləşdirirmi? Məhşur deyimə görə, nə yeyirsənsə osan. Bununla razılaşmayanlar da ola bilər. Alimlərə görə, bizim yemək tərzimiz və qida haqqında fikirlərimiz kimliyimizin bir hissəsini təşkil edir.

Martha Sif Karrebaek Kopenhagen Universitetinin linqvistik etnoqrafıdır. O, deyir ki, bir araşdırmasında bir danimarkalı müəllimənin immiqrant şagirdin çantasındakı yeməyə çox təəccübləndiyinə rast gəlib.

Karrebaek deyir ki, müəllimə uşağın ənənəvi Danimarka çovdar çörəyini deyil, ağ fətir yeməsini yaxşı hesab etməyib.

Son illərdə Avropada separatçı müzakirə mövzusuna çevrilən immiqrasiya problemləri məktəblərdəki yeməklərə qədər təsir göstərib.

Karrebaek və onun Rutgers Universitetindən Kathleen Riley və Brooklyn Kollecindən Jillian Cavanaugh adlı linqvistik antropoloq həmkarları üçün bu heç də təəccüblü hal deyil. Qida və onu əhatə edən söhbətlər mədəniyyət, kimlik və siyasətin əsas göstəriciləridir.

Hər üç həmkar Annual Review of Anthropology jurnalında qida və dil üzrə aparılan araşdırmaları nəzərdən keçirir.

Onlar deyirlər ki, bəzi amerikalı valideynlər adətən uşaqların ən sevimli qidası olan şirniyyat və desertləri çox müzakirə edir və uşaqlarla bu barədə razılığa gəlməyə çalışırlar.

Fransada isə araşdırmalar göstərir ki, uşaqlara qidaya tənqidi yanaşmaq öyrədilir.

İsveçdə bərabərçilik rəmzi olaraq, bütün ailə üzvlərinin eyni qidanı yeməsi vacibdir.

Yava kimi Qərbə daxil olmayan ölkələrdə isə yemək zamanı danışmaq yaxşı sayılmır.

Amerikada şirniyyat uşaqların sevimli qidası hesab edilir.

Hər üç araşdırmaçı, qidanın ictimai sağlamlıq, ətraf-mühit, özəl və mədəni dəyərlər haqqında qlobal debatlara təsirinə inanır. Onların müzakirəsini aşağıda oxuya bilərsiniz.

Dil və qida ilə necə maraqlanmağa başladınız?

Martha Sif Karrebaek: Mən bir Danimarka bağçasında bir araşdırma üzərində işləyirdim.

Araşdırma çərçivəsində immiqrant uşaqların məktəblərə başqa dillər gətirib-gətirmədiyini müşahidə edirdim.

Bir müəllimənin, yeməyi sosiallaşmaq üçün ən mühüm vasitə hesab etdiyini gördüm. O, müəyyən ənənəvi normaları təqdim və təbliğ edirdi.

Danimarkada uşaqlar adətən məktəbə evdən yemək gətirirlər deyə, məktəb və ev normaları uşaqlar üçün çətin olur. Xüsusilə də, uşaqların yemək vərdişləri ənənəvi Danimarka mədəniyyəti ilə üst-üstə düşmürsə.

Bir il ərzində uşaqlara nahar yeməyi üçün evdən çovdar çörəyi gətirmələri tapşırılırdı. Əks halda, müəllimə onların naharını qeyri-sağlam adlandırırdı.

Uşaqlar nahara çovdar çörəyi gətirmədikdə, müəllimə onların yeməyin qeyri-sağlam adlandırırdı.

Əslində bunun sağlamlıqla yox, daha çox standarta uyğunlaşmaq ilə əlaqəsi var.

Danimarkalılar çovdar çörəyinin xüsusi Danimarka qida növü olduğunu bilirlər, lakin bir çoxları bunu bilmir və bəziləri üçün çovdar çörəyi nahar üçün yaxşı alternativ olmaya bilər.

Kathleen və Jillian, bəs siz necə? İnsanların yemək haqqında fikirlərini necə araşdırırsınız?

Kathleen Riley: Mən Fransa Polineziyasında Marquesas mədəniyyətini və insanların fransızca necə danışdığını öyrənirdim.

Marquesaslıların yemək vaxtı birlikdə oturub yeyəcəklərini zənn etsəm də, belə olmadı. Əksinə onların arxasınca düşüb, özlərinə yemək hazırlamalarını müşahidə edirdim.

Daha sonra fermadan-məktəbə layihələrində sağlam qidanın məktəblərə çatdırılmasında iştirak etdim və uşaqlara yemək haqqında məlumatın necə ötürülməsi ilə maraqlanmağa başladım.

Müəyyən sosial-iqtisadı sinfə mənsub insanlara yedikləri yeməyin "pis" olduğu deyildiyində, onların pis dəyərlərə sahib pis insanlar olduğu mesajı ötürülür.

Bu, əlində hakimiyyət olan insanların başqalarını damğalamaq üsulu kimi görülə bilər. Anladım ki, sağlamlığa təsir və sağlam qidaya həvəsləndirmək üçün tərifləmək, mühakiməsiz və müsbət şərhlər vermək lazımdır.

Fransada yerləşən Courtonne-la-Meurdrac ibtidai məktəbində uşaqlar bufetdə nahar zamanı. Bu məktəb, şagirdlərini eksklüziv olaraq orqanik qida ilə təmin edir.

Jillian Cavanaugh: Mənim ilk araşdırma layihəm İtaliyanın Bergamo qəsəbəsində olmuşdu.

Burada insanların yerli dilə, (mən fərqli dil adlandırsam da, əksəriyyət dialekt deyə xitab edir) nə dərəcədə və necə bağlı olduğunu araşdırırdım.

İnsanların müasir olduqları halda, keçmişlərinə bağlı qalması mənə maraqlı gəlmişdi. Səbəb isə həqiqətən də mürəkkəb idi. Bunu bacarmaq üçün insanların seçdiyi bir yol da yeməkdir.

Zorla donuz əti yedirtmək

MSK: Mən Danimarkada "donuz əti" (pork) və "donuz" (pig) sözlərinin dəyişən mənaları üzrə bir yazını tamamlamaq üzrəyəm.

Donuz əti Danimarkada ənənəvi qida sayılır və son 10 il ərzində bayağı milliyyətçilik ilə əlaqələndirməyə başlanılıb.

Bir neçə il əvvəl bəzi məktəbəqədər təhsil müəssisələri, qloballaşma və immiqrasiya fonunda menyülərindən donuz ətini çıxarmağa qərar verirlər və bu, narahatçılığa səbəb olur.

Bəzi siyasətçilər vəziyyəti arzuolunmaz qlobal təsir kimi gördülər.

Bir qəsəbə bələdiyyəsi hətta, məktəbəqədər müəssisələrdə "Danimarka yeməkləri" təklifi irəli sürüb, səs verdi.

Populist Danimarka Xalq Partiyasının bir üzvü buraya donuz ətinin də daxil olduğunu demişdi. Yəni, dini fərqlər nəzərə alınmadan uşaqlara donuz əti veriləcək.

Çovdar çörəyi elmi səslənən "sağlamlıq" mənasında irəli sürülsə də, donuz əti ənənə kimi təqdim olunurdu. Burada anti-immiqrasiya, ələlxüsus anti-müsəlman hissini sezməmək qeyri-mümkündür.

Və 2016-cı ildə Danimarkanın Mədəniyyət Nazirliyi vətəndaşlarından Danimarka dəyərlərinin əsasları haqqında fikir bildirməklərini istəyib. Nazir mücərrəd cavablar gözləsə də, donuz əti adı bir neçə dəfə çəkilmişdi.

Bu hallar göstərir ki, donuz əti danimarkalıların yediyi, adi qidadan Danimarkaya məxsus bir simvola çevrilməyə başlayır. Üstəlik, donuz əti yeyirsənsə, immiqrasiyaya qarşı aktiv fikir bildirmiş kimi olursan.

"Donuz əti danimarkalıların yediyi gözə dəyməyən qidadan Danimarkaya məxsus bir simvola çevrilməyə başlayıb"

Digər tərəfdən Danimarka böyük donuz əti istehsalatçısıdır. İnsanlar da bu yolla ətraf-mühitə dəyən ziyanı müzakirə edirlər və donuz əti gündəlik danışıqda da öz əksini tapır.

Danimarkaca "svin" sözü donuz və ət üçün istifadə olunur. Və başqa bir söz olan "gris" yalnız heyvanlara xitabən işlədilir.

Kommersiya mənasında gris artıq svin-i əvəz etməyə başlayıb, çünki svin neytral mənasından çıxaraq, daha neqativ mənada işlənməyə başlanıb.

Veqan olmaq unikallıq deyil

JC: Əvvəllər bir çox şey qəbul edilən qidalarla yox, insanın işi ilə ölçülürdü. Son vaxtlar isə yerdəyişmə baş verib və yemək özümüzü ifadə etmənin mərkəzinə yer almağa başlayıb. Qida mediası bumu ilə gələn seçimlər və fərqlilik potensialı sayəsində sağlam qidalanmanın saysız yolları başgicəlləndirici vəziyyətə çatıb.