Fironların içkisi: biz də nə vaxtsa ondan dada bilərikmi?


Digərləri 04 İyn 2019 21:13:00 271 0

Fironların içkisi: biz də nə vaxtsa ondan dada bilərikmi?

İsrail alimlərləri 5000 il yaşı olan mayayla pivə bişirə biliblər.

İsrail Qədim Əşyalar İdarəsi və üç İsrail universitetinin müəllimləri qazıntılar zamanı aşkar edilmiş kuzələrdən altı qədim maya növü əldə etməyi bacarıblar.

Onların sözlərinə görə, qədim Misirdə fironlar buna bənzər içki içiblər.

Alimlər ümid edirlər ki, antik pivə zamanla mağazalarda da satılacaq.

"Xatırlayıram ki, bu pivəni, nəhayət ki, bişirib qurtarandan sonra masa arxasına keçdik və hamımız ondan içməyə başladıq. Mən dedim ki, ya indi kefimiz çox yaxşı olacaq, ya da 5 dəqiqədən sonra hamımız ölmüş olacağıq" - Bar-İlan adına universitetin arxeoloqu Aren Mayer belə deyir.

"Amma biz ölmədik" deyə o, əlavə edir.

Bar-İlan adına universitetdən Aren Mayer (solda), İsrail Qədim Əşyalar İdarəsindən doktor Yitshaq Paz və Təl-Əviv Universitetindən professor Yuval Qadot (sağda)

Qədim zamanlarda bu bölgədə pivə çörək kimi əsas ərzaq növlərindən biri olub, sosial statusundan və yaşından asılı olmayaraq bu içkini hamı içib.

Suyun çox vaxt infeksiya daşıyıcısı olması pivə və ya çaxırın daha təhlükəsiz içki olması qənaətini yaratmışdı.