“Apple” smartfonlarında istədiyiniz musiqini zəng səsi etmək üçün...


Digərləri 04 İyn 2019 20:55:00 247 0

“Apple” smartfonlarında istədiyiniz musiqini zəng səsi etmək üçün...

Bildiyimiz kimi, "Apple" öz smartfonlarında çox sayda tənzimləmə funksiyaları vermir. Bunun bir sıra müsbət xüsusiyyətləri var. Bunlardan biri digər marka smartfonlar kimi çox sayda funksiyalar təklif edərək, sistemin yüklənməsinə və yüklənmə nəticəsində sistemin yavaşlamasına səbəb olmamaqdır. Amma bəzi hallarda bu funksiyaların olmaması, "almasevən"lərin illərdir ki, istədikləri musiqini telefon zəngi kimi istifadə etmələrinə maneə olur.

Son.az ted.az-a istinadən bildirir ki, əvvəlcə http://www.melofania.com/  saytından musiqi fayllarımızdan 40 saniyəlik bir yer seçirik və sonra "iPhone" üçün ".m4r"  formatına çeviririk. "Yüklə" bölməsini seçirik və beləcə seçilmiş mahnı yüklənir.

İkinci addımda, "iTunes"dən istifadə etmədən, bu faylı "iPhone" telefonumuza yükləyirik. Bunun üçün https://www.copytrans.net/download/ saytına daxil oluruq. Buradan "CopyTrans" adlı "iTunes"ə  alternativ olan proqramı yükləyirik. Proqramı yüklədikdən sonra musiqini buraya köçürürük.

Bütün bunlardan sonra "Parametrlər" (Settings) bölməsinə gəlirik, "Səslər" (Sounds & haptics) bölməsinə daxil olub, "Zəng musiqisi"ni (Ringtone) seçirik. Burada yüklədiyimiz mahnını zəng musiqisi kimi təyin edirik.