Suitilər niyə kütləvi şəkildə ölür?


Dünya 04 İyn 2019 20:34:00 206 0

Suitilər niyə kütləvi şəkildə ölür?

Rusiyanın Sankt-Peterburq şəhərinin sakinləri Fin körfəzi sahilində 25 ölü suiti aşkar edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, heyvanların ölüm səbəbi hələlik müəyyən edilməyib.

Heyvan haqları fəalları suitilərin balıqçı torlarına ilişərək tələf olduqlarını iddia edirlər.

Hadisə ilə bağlı araşdırmalar aparılacaq.