Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”


Kriminal 04 İyn 2019 20:39:00 234 0

Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”

Mədəniyyətimizin, ədəbiyyatımızın xüsusilə teatrlarımızın inkişafı və təbliği dövlətimizin milli dəyərlərinə bağlılığının əsas göstəricilərindəndir. 

Bu istiqamətdə imzalanan sərəncamlar, incəsənət xadimlərinə, teatrlara göstərilən diqqət və qayğıdan irəli gəlir. Cari mövsümdə  50 yaşını təntənəli şəkildə qeyd edən Sumqayıt Dövlət Dram Teatrı  böyük şövqlə bu əlahiddə qayğının tərənnümü olan sərəncamların həyata keçirilməsinə dair repertuar planını hazırlamışdır. Belə ki, yaradıcı heyət görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsiniə dair ölkə başçımızın imzaladığı Sərəncama uyğun olaraq ədibin yaradıcılığından "Solğun çiçəklər" əsərinin yeni səhnə versiyası üzərində ilk məşqlərə başlamışdır.

Cəfər Cabbarlı ailə-məişət mövzusunda qələmə aldığı pyesdə həyatı realistik boyalarla təsvir edərək ədalətsizliyin , var-dövlət hərisliyinin hansı  fəlakətlərlə nəticələndiyini ustalıqla qələmə almışdır. Tamaşanın quruluşu teatrımıza dəvət olunmuş  istedadlı rejissor Elşən Zeynallıya həvalə olunmuşdur.  Quruluşçu rəssam isə Şahin Hüseynlidir. Rollarda Əməkdar Artistlər Cəlal Məmmədov, Xatirə Süleymanova, Izaməddin Bağırov və aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı,  Elay Xasıyev, Sevda Hüseynova, Məryəm Hüseynli, Mətanət Əmirullayeva, Aynur Hümmətova, Dağlar Rüstəmov və İlqar İbrahimov çıxış edəcəklər. Qeyd edək ki tamaşanın ilk nümayişi  iyul ayının ilk həftələrində nəzərdə tutulur.