Tailandda fillər idmançılara hücum etdi - Xəsarət alanlar var


Digərləri 04 İyn 2019 20:34:00 223 0

Tailandda fillər idmançılara hücum etdi - Xəsarət alanlar var

Tailandın Çonburi əyalətində 25 kilometrlik marafın zamanı idmançılar fillərin hücumuna məruz qalıb

Bakı. Tailandın Çonburi əyalətində 25 kilometrlik marafon zamanı idmançılar fillərin hücumuna məruz qalıb. Trend-in məlumatına görə, insident nəticəsində iki nəfər xəsarət alıb. Qeyd olunur ki, qaçışın 10-cu kilometrində bir neçə fil insanların qarşısını çıxıb. Onları atəşlə qorxutmaq mümkün olmayıb. Fillərdən biri idmançını xortumu ilə vurub. İkinci şəxs isə qaçarkən qolunu sındırıb.