Az oxuduğu üçün toy sahibi Xatirənin pulunu verməyib


Şou-biznes 04 İyn 2019 20:11:00 282 0

Az oxuduğu üçün toy sahibi Xatirənin pulunu verməyib

Aparıcı Zaur Kamal Əməkdar artist Vasif Məhərrəmlinin müğənni Xatirə İslama görə toy yiyəsi ilə dalaşdığını açıqlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, onun sözlərinə "5/5" verilişində qonaq olan Vasif etiraz etməyib. Sənətçi məsələ ilə bağlı gerçəyi açıqlayıb:

"Həmişə belə olub: Xatirə gəlib oxuyub gedib, qonorarı sonra vermişəm. Yenə də elə oldu. Toyun sonunda ev sahibi gəldi, Xatirə xanımın qonorarından kəsmək istədi. Dedi ki, Xatirə dediyi vaxtdan az oxuyub, pul az veriləcək.

Nə öz, nə də Xatirənin pulunu götürdüm. Dedim, ya onun da pulunu bütöv ver, ya mən də pul istəmirəm. Çıxdım məclisdən getdim. Səhəri həmin adam gətirdi, pulu həyətimizdə verdi getdi.

Əslində həmin adam dostumuzdur, yaxşı insandır. Sadəcə, onu qızışdırmışdılar".