Şamaxının keçmiş icra başçısı qəzaya düşdü


Digərləri 04 İyn 2019 20:14:00 225 0

Şamaxının keçmiş icra başçısı qəzaya düşdü

Şamaxının keçmiş icra başçısı qəzaya düşüb.

Son.az Oxu.az-a istinadən bildirir ki, hadisə Şamaxı-Pirqulu yolunda qeydə alınıb.

Sürücü idarəetməni itirib və yoldan çıxan avtomobil dərəyə yuvarlanıb.

Qəza zamanı avtomobilin sürücüsü Akif Əliyev xəsarət alıb. Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Əliyev 2000-2004-cü illərdə Şamaxı rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb.

Son.az