"Qaqarin" körpüsü söküləcək


Digərləri 04 İyn 2019 20:01:00 335 0

"Qaqarin" körpüsü söküləcək

Təklif olunan dövlət layihəsinə əsasən "Qaqarin" körpüsü kimi tanınan "Cavanşir" körpüsü söküləcək və onun yerində yol tikiləcək. 

Son.az 1news.az-a istinadən xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bu günlərdə təqdim olunmuş layihənin foto şəklini göstərərkən deyib.

Ekspert hesab edir ki, layihə diqqətəlayiqdir, lakin qeyri-müəyyən fikirlər yaradır.

"1962-ci ildə "Qaqarin" körpüsünün (yeri gəlmişkən bu körpü yox, üst keçid, estakadadır) tikintisinin bir məqsədi var idi - Bakı dəniz yük limanını Bakı-Yük dəmir yol stansiyası ilə birləşdirmək, avtomobillərin qarşısından şlaqbaum və dəmir yol keçidini götürmək. İndi isə Bakı yük limanı başqa yerə köçürülüb. Buna görə də körpünün və onun altından keçən dəmir yolunun əhəmiyyəti itib", - deyə ekspert bildirib.

Abdullayev deyir ki, körpü köhnəlib, onu yararlı vəziyyətdə saxlamaq üçün yatırımlar etmək və rekonstruksiya aparmaq lazımdır.