Nikolas Keyc evlənəndən 4 gün sonra boşandı


Digərləri 04 İyn 2019 20:09:00 239 0

Nikolas Keyc evlənəndən 4 gün sonra boşandı

Hollivud aktyoru Nikolas Keyc evlənəndən dörd gün sonra boşanıb.

Son.az Trend-ə istinadən bildirir ki, aktyor martın sonlarında Erika Koyke ilə evlənib.

Lakin dörd gün sonra onlar boşanmaq üçün müraciət edib. Aktyor həmin vaxt sərxoş olduğunu və nə etdiyini bilmədiyini deyib.

E.Koyke aktyordan pul tələb etdiyi üçün cütlük məhkəməyə müraciət etməli olub.