“Seks təriqəti”: Nxivm...


Digərləri 04 İyn 2019 19:21:00 298 0

“Seks təriqəti”: Nxivm...

Nyu-Yorkda qadınları zorla saxlayan və şantajlarla cinsi istismara məruz qoyan "seks təriqəti" - Nxivmin lideri Keyt Ranierenin məhkəməsi davam edərkən, ortaya şokedici detallar çıxır. 

Son.az xarici KİV-ə istinadən bildirir ki, Nyu-York əyalətindəki Albani şəhərində 1998-ci ildə qurulan, özünü "seks təriqəti" kimi təqdim edən, təriqətə girən qadınlara şantaj və cinsi təcavüz edilməsi səbəbilə haqqında cinayət işi açılan Nxivmin internet səhifəsində, təriqətin məqsədi yazılıb. Göstərilir ki, təşkilatın məqsədi "insanları gücləndirmək, insani dəyərlərə malik" bir cəmiyyət formalaşdırmaqdır. İnternet səhifədə "təriqət haqqında" bölümündə qeyd olunur ki, "yaxşı dünya qurmaq üçün" ABŞ, Meksika, Kanada və Mərkəzi Amerikada 16 mindən çox insan təşkilatdadır. 

O, özünü Eynşteyn və Qandi ilə eyniləşdirib

Minlərlə insanın üzv olduğu təriqətin lideri olan 58 yaşındakı Raniere, istintaqda özünü prokurorlara "dünyanın ən ağıllı, ən əxlaqlı insanı" olaraq təqdim edib. O, hətta özünü Eynşteyn və Qandi ilə müqayisə edərək, eyniləşdirib.

Bildirilir ki, sözügedən təriqət üzvlüyündə, Hollivud ulduzları, varlı ailələrin qızları, hətta Meksikanın sabiq prezidentlərindən birinin oğlu da var. Bu insanlardan bəziləri məhkəmədə Ranierenin törətdiyi cinayətlərlə bağlı şahidlik edirlər. Məhkəmə proseslərində şahidlərin verdiyi ifadələr sayəsində həm təriqət, həm də Ranierellə bağlı çoxlu detallar ortaya çıxıb.  Liderin "ad günü həftəsi" üçün 2 min dollar

Məhkəmədə verilən ifadələrə görə, hər il avqust ayında Nixian olaraq adlandırılan Nxivm üzvləri, 2 min dollar ödəyərək, Nyu-Yorkdakı Silver Bay bölgəsinə gedir və burada Ranierenin doğum gününü qeyd edirmişlər.

Keçmişdə bu təriqətə üzv olanlardan birinin ifadəsinə görə, ad günündə üzvlər tərəfindən "öndər" adlandırılan Raniere üçün "hörmət mərasimləri" keçirilib. "Öndər həftəsi" adlandırılan ad günü həftəsi ABŞ və Kanadanın müxtəlif yerlərindən təriqət üzvləri Silver Baya gəlirmiş.

"Times Union" nəşrinin yazdığına görə, şahidlərdən biri bu ifadələri söyləyib: "Fərqli yerlərdən gələn üzvlər tərəfindən qeyd edilən "hörmət mərasimləri", ya da müxtəlif cür əyləncələr təşkil edilirdi. Bəzən müğənnilər oxuyurdular. Ranierenin 26 avqustda, doğum günündə edilənlər tamamilə liderə həsr olunurdu. Liderin müxtəlif istəkləri yerinə yetirilirdi". 

Növbə ilə 15-20 qadınla cinsi əlaqə...

FBI (Federal Araşdırma Bürosu) agenti Mixael Leverin ifadəsinə görə, Ranierenin növbə ilə cinsi əlaqəyə girdiyi, sayları 15-20 nəfər olan qadınlar da hər zaman yanında olub.

İstintaqda müəyyənləşib ki, bu qadınların Ranieredən başqası ilə cinsi əlaqəyə girməsi qadağan imiş. O qadınlar başqa birisi ilə hansısa münasibət qurarmışsa, bu münasibətin bütün detallarını "liderə" danışmaq məcburiyyətində olub. 

Sadəcə üzvlərə aid olan, başqalarına danışılması qadağan edilmiş Nxivmin konsepsiyasında "kişilərin birdən çox seks partnyoruna ehtiyacı" və "qadınların tək kişili olması lazımdır" kimi bəndlər var. 

18 yaşındakı qadınların "bəkarətini itirmə" hazırlığı...   İstintaq sənədində adı Daniela olaraq göstərilən təriqətin keçmiş üzvlərindən biri, 18 yaşına çatmadan əvvəl Keytə "gəlin olmaq üçün" hazırlandığını söyləyib. Danielanın 6 nəfərdən ibarət ailə üzvləri Ranierenin Nxivm təriqətinə qoşulmaq üçün Meksikadan ABŞ-a köçüb və Albanidə məskunlaşıb.  "Dail Beast" nəşrinin xəbərinə görə, Daniela şahid ifadəsində bunları deyib: "Daha əvvəl heç kəslə cinsi əlaqəyə girməmişdim. Heç öpüşməmişdim də. Keytin belə edəcəyini də düşünmürdüm. Amma üstüörtülü şəkildə mənə qarşı cinsi istəyinin olduğunu hiss etdirirdi. İndi anlayıram ki, məni "gəlini olmağa" hazırlayırmış. Əvvəlki həftə əvvəl Rainereyə təqdim edildim. Sonra  münasibətlərimiz cinsi münasibətlərə çevrildi. 

"18 yaşım tamam olduqdan az sonra Raniere məni çağırıb, "zamanın gəldi" dedi"

İfadəyə görə, Raniere əvvəlcə 18 yaşı tamamlandıqdan sonra necə münasibətlərinin olacağını Danielaya başa salıb: "Mənə dedi ki, onun "seçiminə uyğun" olmam üçün arıqlamam lazımdır. Deyirdi ki, cinsi enerjisini kök qadınla paylaşmır. 18 yaşım tamam olduqdan az sonra Raniere məni çağırıb, "zamanın gəldi" dedi. Məni cinsi əlaqəyə girmək üçün bir ofisin zirzəmisinə apardı. Bəkarətimi pozduqdan sonra, gündə bir neçə dəfə cinsi əlaqədə olmağı tələb edirdi".  Danielanın bacılarından biri də həmin vaxt Ranieredən hamilə qalıb və uşağı dünyaya gətirib. Başqa bir azyaşlı bacısı da Ranierenin qurbanlarındandır. Ranierenin bacıları qrup seks məclislərində iştiraka məcbur etdiyi də iddialar arasındadır. Daniela məhkəmə salonunda ifadəsinin sonunda "mütəmadi olaraq ağlayırdıq" deyib. 

Kökələnlərə "hücrə həbsi"   42 yaşındakı Lauren Salzman da təriqət üzvlərindən biridir. Salzman, Danielanın bir müddətdən sonra kökəldiyini, buna görə də iki il müddətində bir otaqda təkbaşına "hücrə həbsi"nə salındığını bildirib. Danielanın 2 il müddətində Ranieredən başqa heç kimi görməsinə icazə verilməyib: "Lider" mənə dedi ki, Daniela oğurluq edib. Həm də arıqlaması vacib olsa da, əksinə, kökəlib. Mən də qanuna uyğun olaraq Danielanı "hücrə həbsi"nə yerləşdirdim". 

Salzman, eyni evdə qaldığı halda, Danielanın ailəsini görməsinə icazə vermədiklərini, əgər çəki atmasa, Ranierenin tələblərini yerinə yetirməsə, Meksikaya geri göndəriləcəyini deyərək, təhdid etdiyini vurğulayıb: "Danielanı inanılmaz şəkildə istismar etdik. Etdiyi hər şeyin səhv və pis olduğunu dedik. Bu müddətdə etdiyim hər şeyin və törətdiyim bütün cinayətlərin içində ən pis cinayət bu idi". Bir müddət sonra Daniela Meksikaya qayıtmağı seçərək, ailəsini bir daha əsla görə bilməyəcəyini anlasa da, 2 illik "hücrə həbsi"ndən azadlığın başqa yolu olmadığı üçün bu qərarı verib. 

"Kölə və sahib" sistemində cəzalandırma: Nxivmin daxilində daha bir gizli təşkilat qurulub - DOS


Xəbərə aid fotolar